Xırdalanda mikroavtobus yandı, ətrafdakı mağazaya ziyan dəydi

11:20 - 2 Fevral 2020 - HADİSƏ

Abşeron rayonunun Xırdalan şəhərində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqdakı mağazanın şüşəsi sınıb.

Mağaza yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./oxu.az

 

Xəbər xətti