Azərbaycan və Türkiyə vətəndaşlarını Çindən gətirən təyyarə Türkiyəyə enib
22:27 - 1 Fevral 2020 - Xəbər
Çindən Azərbaycan və Türkiyə vətəndaşlarını təxliyə edən təyyarə Türkiyyənin Etimesqut hava limanina enib.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bildirilir ki, yeni tip koronavirus səbəbindən Çinin Uhan şəhərindən Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid böyük karqo təyyarəsi yanacaq doldurduqdan sonra Monqolustanın paytaxtı Ulan-Batordan Türkiyəyə doğru yola düşüb.
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 260 nəfərə çatıb, 11,7 mindən artıq insan isə yoluxub.
Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.