“Liverpul” ardıcıl 16-cı qələbəsini qazanıb

22:00 - 1 Fevral 2020 - İDMAN

“Liverpul” klubu İngiltərə Premyer Liqasının 25-ci turunda “Sautqempton”u qəbul edib.

Görüş Liverpulun “Enfild” stadionunda baş tutub və ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. “Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen ilk qolun müəllifi olub.

İkinci hissənin 60-cı dəqiqəsində yarımmüdafiəçi Cordan Henderson komandasının üstünlüyünü artırıb. İkinci hissənin ortalarında Məhəmməd Salah hesab arasındakı fərqi üçə çatdırıb. 90-cı dəqiqədə isə Salah dubl edib.

Bununla da “Liverpul” klubu İngiltərə Premyer Liqasında ardıcıl 16-cı qələbəsini qazanıb. /report

Xəbər xətti