Mahmud Abbas: “ABŞ artıq Fələstin üçün dost bir ölkə deyil”

20:13 - 1 Fevral 2020 - DÜNYA

ABŞ Prezidenti Donald Trampın “Yüz illiyin anlaşması” adlandırdığı sülh planını rədd edirik, ABŞ artıq Fələstin üçün dost ölkə deyil.

“Haber Global”ın məlumatına görə, bu barədə Fələstin lideri Mahmud Abbas danışıb. “Trampın “Yüz illiyin anlaşması”nı rədd edirəm. Tarixə Qüdsü satan və ya ondan imtina edən biri olaraq düşmüyəcəm. ABŞ artıq Fələstin üçün dost bir ölkə deyil. Trampla görüşü də rədd etdim”, - Abbas bildirib./oxu.az

Xəbər xətti