Ağcabədidə qohumunun öldürmək istədiyi qadını qonşuları xilas edib

14:30 - 1 Fevral 2020 - HADİSƏ

Ağcabədi rayonunda şizofreniya xəstəsinin qohumu olan qadını öldürməyə cəhd etdikdən sonra intihar etməsinin bəzi təfərrüatları məlum olub.

Rayonunun Qaraxanlı kənd sakini, 29 yaşlı Hüseynova Könül Surxay qızı yaşadığı evdə həyat yoldaşının əmisi, 50 yaşlı Hüseynov Müşfiq Oruc oğlunun hücumuna məruz qalıb. Ruhi xəstə kimi qeydiyyatda olan M. Hüseynov dəhrə və bıçaqla qadına yaşadığı evdə hücum edib.

Zərərçəkmiş APA-ya deyib ki, M. Hüseynov hasardan adlayaraq, evə daxil olub. O, gənc qadına kəsici alətlərlə xəsarət yetirib. K. Hüseynova 9 və 10 yaşlı iki övladını götürərək, evdən qaçıb. Onun 5 yaşlı uşağı isə evdə çarpayının altında gizlənib. Səs-küyü eşidən qonşular onun köməyinə çatıb, M. Hüseynovu tutaraq, evdən uzaqlaşdırıblar.

Kəsilmiş-deşilmiş xəsarətlər alan K. Hüseynova xəstəxanaya çatdırılıb.
Bundan sonra M. Hüseynov sirkə turşusu içərək, özünü öldürüb. /Apa


Xəbər xətti