Bakıda 43 yaşlı kişi xəstəxanada ölüb

13:58 - 1 Fevral 2020 - Xəbər

Bakıda 43 yaşlı kişi soyuqdəymədən ölüb.

Ucnoqta.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini son 20 gün ərzində ev şəraitində soyuqdəymədən müəlicə alırmış. Hal pisləşdikdən sonra yanvarın 31-də saat 16-da olduqca ağır vəziyyətdə Elmi-Tədiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edib. Xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağ ciyər-ürək çatışmazlığı ilə diaqnozu ilə kritik ağır vəziyyətdə birinci reanimasiya şöbəsinə yerləşdirilib.

Reanimatoloq və pulmanoloqun nəzarəti ilə intevsiv müalicə tədnbirlərinə baxmayaraq, xəstədə fevralın 1-də saat 06:30 bioloji ölüm qeyd olunub.

Xəbər xətti