Qadın metroda 2139 manatını itirdi- Polis tapdı

13:28 - 1 Fevral 2020 - HADİSƏ

Bakı metrosunda qadın 2139 manat pulunu itirib

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 30-da polis serjantı Namiq Nəsibov 28 may metrostansiyasında xidmət apararkən saat 18:40 radələrində 2139 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.
Elə həmin gün axşam saatlarında metroda pulunun itməsi ilə bağlı polisə müraciət edən İlahə Sadıqovanı şöbə rəhbərliyi qəbul edib. O, 28 may metrostansiyasının çıxışındakı Bakı kart aparatının yanında 2139 manat pulunu unutduğunu deyib.

İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına görə sevindiyini bildirən İ.Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.

Xəbər xətti