Bu ölkə də Çinə uçuşları dayandırdı

10:39 - 1 Fevral 2020 - Xəbər

Özbəkistan fevralın 1-dən etibarən Çinə uçuşları dayandırıb.  “Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb ölkədə yayılan koronavirusdur. Qeyd edilir ki, bununla bağlı hökumətin xüsusi komissiyasının qərarı var.  Bildirilib ki, sözügedən komissiya yanvarın 29-u Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən yaradılıb. Komissiya üzvlərinə ölkədaxili və xarici situasiyanın öyrənilməsi, virusla bağlı vəziyyətə qiymət verilməsi tapşırılıb. 

Xəbər xətti