Göygöldə iki yük maşını toqquşub: bir nəfər ölüb, xəsarət alanlar var- FOTO

23:30 - 31 Yanvar 2020 - HADİSƏ

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Qəza zamanı "Ford" markalı kiçiktutumlu yük maşını "ZİL" markalı yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Təfərrüatlar araşdırılır./Apa


Xəbər xətti