Naməlum şəxslər Trampın iqamətgahına girməyə çalışıblar

23:12 - 31 Yanvar 2020 - DÜNYA

Naməlum şəxslər avtomobil ilə ABŞ prezidenti Donald Trampın Florida ştatındakı iqamətgahına girməyə çalışıblar. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, avtomobil hər iki nəzarət-buraxılış məntəqəsindən keçməyi bacarıb, mühafizə xidmətinin əməkdaşları atəş açmaq məcburiyyətində qalıblar. Bundan sonra naməlum şəxslər hadisə yerindən qaçmağa çalışıblar, lakin mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Hazırda insidentin digər təfərrüatları araşdırlır.

Xəbər xətti