Polşa ABŞ-dan 32 ədəd F-35 aldı

21:24 - 31 Yanvar 2020 - DİGƏR

Polşa ABŞ-dan 32 ədəd F-35 alıb. Ucnoqta.az xəbər verir ki, artıq imza atma mərasimi Demblin şəhəri ərazisində yerləşən aviabazada keçirilib. Mərasimdə prezident Andrzej Duda, baş nazir Mateuş Moravecki və müdafiə naziri Mariuş Blaszczak iştirak etdiblər. Bu barədə “TASS” agentliyi məlumat verib.

Bildirilir ki, sazişin ümumi dəyəri 4,6 milyard dollar təşkil edir. Bu məbləğə yalnız təyyarələr yox, həmçinin pilotlar üçün təlim proqramı, elektron trenajorlar, ehtiyat hissələrin təchizatı daxildir. Polşaya ilk F-35-lərin 2026-cı ildə veriləcəyi gözlənilir.

Baş nazir Mateuş Moravecki qeyd edib ki, Polşa nəhayət Rusiya istehsalı olan Su-22 və MiQ-29 döyüş təyyarələrindən qurtulur, bu da o deməkdir ki, bu maşınlar üçün aksesuarlara da ehtiyac qalmayacaq.

Jurnalistlərin hesablamalarına görə, hər F-35 Polşa büdcəsinə 87 milyon dollara başa gələcək.

Qeyd edək ki, “Lockheed Martin” şirkəti öz qırıcılarını 2019-cu ildə 89 milyona satırdı. Ancaq 2020-ci ildə standart A modifikasiyasının qiymətini 82 milyon dollara qədər endirməyi planlaşdırır.

 

Namiq Musayev

Xəbər xətti