İlham Əliyev Maqomed Qurbanovu təltif edib

17:25 - 31 Yanvar 2020 - Xəbər

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Maqomed Səidoviç Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

 

Xəbər xətti