Messidən növbəti rekord

10:53 - 31 Yanvar 2020 - İDMAN

Dünən İspaniya Kubokunun 1/8 final matçı çərçivəsində “Barselona” “Leqanes”i 5:0 hesabı ilə məğlub edib.

Bu oyun Messi üçün əlamətdar olub. Belə ki, argentinalı ulduz “Barselona” heyətində 710-cu oyununda 500-cü qələbəsini qazanıb. Messi bu matçlarda ümumilikdə 622 qol vurub və 241 məhsuldar ötürmə edib.

Qeyd edək ki, İspaniyada qələbəyə ən çox sevinən futbolçular siyahısında ikinci pillədə 482 qələbə ilə Xavi, üçüncü pillədə isə 463 qələbə ilə Andres İnyesta yer alır.

"Barselona" - "Leqanes" - 5:0
Qollar: Qrizmann, 4, Lenqle, 28, Messi, 59, 89, Artur, 77
/baku.ws

Xəbər xətti