“Google” şirkəti Çindəki ofislərini bağladı

15:23 - 30 Yanvar 2020 - Xəbər

“Google” şirkəti Çində yerləşən ofislərini koronavirusla əlaqədar bağlayıb.

Xəbəri “Verge” agentliyi şirkətin nümayəndələrinə istinadən yayıb. Şirkət nümayəndəsi bunun səbəbini Çin hökumətinin təlimatlarına əməl etmələri ilə izah edib.

“Google” şirkətinin Çində çalışan əməkdaşlarına və bu ölkədən gələn qohumları ilə əlaqəsi olan işçilərinə azı 14 gün evdən işləmək haqda göstəriş verilib. “Google” Çində yerləşən dörd ofisindən başqa, Honkonq və Tayvandakı nümayəndəliklərini də bağlayacaq.

Xatırladaq ki, bundan əvvəl “Apple” və “Facebook” şirkəti Çinə səfər edən əməkdaşlarının sayını məhdudlaşdırıb. /oxu.az

Xəbər xətti