Bakıya gələn təyyarədə sərnişin ölüb

11:22 - 30 Yanvar 2020 - Xəbər

"Buta Airways" aviaşirkətinin Kiyev-Bakı reysi uçuş həyata keçirən təyyarəsində sərnişin vəfat edib.

Bu barədə Trend-ə aviaşirkətdən bildiriblər.
Qeyd olunur ki, 1953-cü il təvəllüdlü kişinin meyiti təyyarə Heydər Əliyev Beynəlxalq Hava limanında eniş etdikdən sonra müvafiq qurum nümayəndələrinə təhvil verilib.

Xəbər xətti