ATƏT PA-nın prezidenti Azərbaycana səfərə gəlib

11:12 - 30 Yanvar 2020 - SİYASƏT

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli yanvarın 30-da Azərbaycana səfərə gəlib.

 Heydər Əliyev Beynəlxalq Aeroportunda Georgi Tseretelini Milli Məclisin sədr müavini Bahar Muradova qarşılayıb. Georgi Tsereteli ATƏT ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. O deyib ki, ATƏT fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə əhəmiyyət verir və təşkilat olaraq biz də seçkiləri müşahidə edəcəyik.

ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycanda müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi, sosial sahələrdə islahatlar həyata keçirildiyini qeyd edib./trend

Xəbər xətti