Çində yaşayan Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar yekunlaşıb

10:12 - 30 Yanvar 2020 - Xəbər

Çinin koronavirus yayılan Uhan şəhərində olan Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar yekunlaşıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hazırda bu şəhərdə 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı var.

Ambulans təyyarəyə çevrilən “Koca Yusuf” adlı hərbi karqo təyyarəsi onların təxliyəsi üçün Çinə göndəriləcək. Azərbaycan və Türkiyə vətəndaşları “Koca Yusuf” əməliyyatı ilə təxliyə
ediləcək.

Türkiyəyə çatandan sonra onlara xüsusi geyimlər veriləcək. Həmin şəxslər 14 gün karantində saxlanılacaqlar. 

 

Xəbər xətti