Ana səhifə
22 Sentyabr 2018

“Qarabağ”ın transferi: “Bakını internetdə tapdım”

“Azərbaycan çempionatına baxmamışdım, heç nədən xəbərim yox idi. Amma təklif gələndə o dəqiqə “yox-yox” da demədim. Maraqlandım, Bakını internetdə axtarıb tapdım. Baxıb gördüm ki, gedəcəyim şəhər kifayət qədər gözəldir. Sonra da komanda ilə maraqlandım”.

 

Ucnoqta.azxəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi İnnosent Emeqara Ağdam klubuna keçidi haqda danışarkən deyib.

 

Klubun rəsmi saytına danışan isveçrəli hücumçu  “Qarabağ”a keçidindən məmnun qaldığını bildirib: ““Qarabağ”ın gözlədiyimdən də uğurlu komanda olduğunu bildim. Mənə təzə təklif göndərmişdilər ki, Avroliqada qrup mərhələsinə düşdülər. Təəssüf ki, Avroliqada oynaya bilməyəcəm. Üzvü olduğum komandanın belə bir turnirdə iştirakı da mənimçün müsbət haldır. Karyeram üçün əsas odu ki, “Qarabağ” öz ölkəsində də iddialıdır və mənim də titul qazanmaq imkanım var”.(Qol.az)

 

Tarix
13 Oktyabr 2014 [11:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin