Azərbaycan və Ermənistan XİN başçılarının görüşü sabah davam etdiriləcək

22:27 - 29 Yanvar 2020 - SİYASƏT

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə görüşüblər.

XİN Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, görüş 7 saat davam edib.
Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.

Sabah danışıqların növbəti raundu keçiriləcək.

Xəbər xətti