Bakıdan Moskvaya uçan təyyarə quş sürüsü ilə toqquşub

22:21 - 29 Yanvar 2020 - Xəbər

Bu gün saat 20:31-də Bakıdan Moskvaya yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya AZAL-dan məlumat verilib. Məlumata görə, Bakı vaxtı ilə saat 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.

Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.

Xəbər xətti