92 yaşlı kişi ilə 81 yaşlı qadın evləndi

17:29 - 29 Yanvar 2020 - Xəbər

Rusiyanın Omsk vilayətində 92 yaşlı kişi ilə 81 yaşlı qadın ailə həyatı qurublar.

REN TV xəbəri Omsk vilayətin Dövlət Hüquqi İdarəetmə Xidmətinin rəisi Natalya Bilyaçenkoya istinadən yayıb. İdarədən verilən açıqlamada qeyd olunur ki,  2019-cu ildə Omsk vilayətində 38 kişi və 13 qadın 75 yaşdan yuxarı nikaha daxil olublar.

Bununla belə, ötən il bağlanmış rəsmi nikahların yarıdan çoxu ilk dəfə evlənənlərin payına düşür. /oxu.az

Xəbər xətti