Koronavirusun yayıldığı bölgədən azərbaycanlıları Türkiyə təxliyə edəcək

17:23 - 29 Yanvar 2020 - Xəbər

Türkiyə Çində koronavirusun yayıldığı bölgədə olan Azərbaycan vətəndaşlarını təxliyə edəcək.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Səhiyyə Nazirliyinin bu məsələdə təmkinli açıqlaması belədir: “Bizdə hələ ki, hər hansısa problem yoxdur”. Ancaq Çində koronavirusun yayıldığı bölgədə 25-ə qədər türk, 10-a yaxın azərbaycanlı var. Onların Türkiyəyə dönmə arzular var. “Tədbirləri nəzərə alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə almaq şərtilə bu qardaşlarımızı Türkiyəyə gətirin” dedik. Türkiyə ərazisində hazırda hər hansısa bir problem yoxdur” - Prezident əlavə edib.

Xəbər xətti