Qaxda ağır yol qəzası olub- ölən var

17:21 - 29 Yanvar 2020 - HADİSƏ

Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 16:30 radələrində Qax-Şəki avtomobil yolunda qeydə alınıb. Rayonun Əmbərçay kənd sakininin idarə etdiyi “VAZ” markalı minik avtomobili Bakı istiqamətində hərəkət edən mikroavtobusla toqquşub. Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb.

Mikroavtobusda olan sərnişinlərdən bir-neçə nəfər yüngül xəsarət alıb. Onlara yerində tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti