Parlament seçkilərində namizədlərin sayı açıqlandı

17:08 - 29 Yanvar 2020 - Xəbər

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində hazırda qeydiyyata alınmış 1345 namizəd mübarizə aparır.

Artıq 292 nəfər öz namizədliyini geri götürüb. Ümumlikdə, parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Onların bir hissəsi seçki prosesinin müxtəlif mərhələlərində öz namizədliklərini geri götürüb.

Namizədlərin 23 faizini qadınlar, 77 faizini isə kişilər təşkil edir./trend

Xəbər xətti