Çindən Bakıya uçuşlar DAYANDIRILDI

13:41 - 29 Yanvar 2020 - Xəbər

Çinin “China Southern Airlines” aviaşirkəti Quançjou-Bakı-Quançjou marşrutu ilə birbaşa uçuşları dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə “China Southern Airlines”ın Bakı nümayəndəliyindən bildiriblər. Qeyd olunub ki, Quançjou-Bakı aviareysi martın 29-dək dayandırılıb:
“Səbəblər hələlik məlum deyil. Bizə bu barədə Çində “China Southern Airlines”dən bildiriblər”.

Xəbər xətti