Ötən gün yol qəzalarında dörd nəfər ölüb

09:47 - 29 Yanvar 2020 - HADİSƏ

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb./trend

Xəbər xətti