Daha bir ölkədə koronavirus aşkarlanıb

09:59 - 29 Yanvar 2020 - DÜNYA

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirus aşkarlanıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb.

Xəstəlik Çinin Uhan şəhərindən gəlmiş ailənin üzvlərində aşkar edilib.

Bildirilib ki, xəstələrin vəziyyəti stabildir, hazırda onlar tibbi müşahidə altındadırlar.  

 

Xəbər xətti