Rusiyada deputat və həyat yoldaşı öldürülüb

19:38 - 28 Yanvar 2020 - DÜNYA

Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evində meyiti tapılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.

İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.

Hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər xətti