Özünü Qarabağ kanalına atan qadının meyiti axtarılır - Yenilənib

18:00 - 28 Yanvar 2020 - HADİSƏ

Yevlaxda qadın intihar edib.


Hadisə Yevlax rayon Kövər kəndi ərazisində qeydə alınıb. Belə ki, Bərdə rayon Hacallı kənd sakini, hələ ki, şəxsiyyəti məlum olmayan qadın özünü Qarabağ kanalına atıb.

Qadının meyiti hüquq-mühafizə orqanları tərəfindən axtarılır.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlaxda özünü kanala atan qadının kimliyi məlum olub. "Qafqazinfo"nun xəbərinə görə, Qarabağ kanalına düşən qadının Bərdə rayon sakini 55 yaşlı Şöylə Nəzərova olduğu müəyyən edilib. Onun meyiti axtarılır.

Xəbər xətti