Səhiyyə Nazirliyi: Çin restoranlarına getməyin

17:45 - 28 Yanvar 2020 - Cəmiyyət

“Çin restoranlarına getməyi hələ ki, dayandırmaq lazımdır. İnsanlar bir müddət Çin qidalarından istifadə etməsinlər”. 

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, koronavirus xəstəliyi lokalizasiya olunana, geniş araşdırmalar aparılana qədər bu restoranlara getmək məsləhət deyil: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər". /Apa

Xəbər xətti