Elxan Məmmədova yeni vəzifə verilib

12:53 - 28 Yanvar 2020 - Xəbər

AFFA-nın baş katibi Elxan Məmmədov yeni vəzifəyə təyin olunub. 

Bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

2007-ci ildən baş katib vəzifəsində çalışan Elxan Məmmədov bundan sonra icraçı vitse-prezident səlahiyyətlərini də yerinə yetirəcək.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə qurumun vitse-prezidenti təyin olunub. V.Sadıqovla yanaşı, Rauf Əliyev və Elşad Nəsirovla vitse-prezident seçilib./report

Xəbər xətti