DİN dəhşətli qəza ilə bağlı məlumat yayıb

12:38 - 28 Yanvar 2020 - HADİSƏ

Daxili İşlər Nazirliyi Şəmkirdə baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 27-də saat 21 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində kənd sakini Ramin Əmiraslanov idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil və Şahin Əmiraslanovlar hadisə yerində ölüblər./report

Xəbər xətti