Bakıda itkin düşən şəxsin Türkiyəyə getdiyi məlum olub

10:07 - 28 Yanvar 2020 - HADİSƏ

Bakıda itkin düşən 34 yaşlı kişinin Türkiyəyə getdiyi məlum olub.

Hadisə ötən ilin dekabr ayının 28-də, saat 16 radələrində, paytaxtın Suraxanı rayon, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Orxan Əliyev yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra O.Əliyevin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən keçirilən müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, O.Əliyev Türkiyəyə gedib./report

 

Xəbər xətti