Bakıda 30 yaşlı oğlan iki tanışını bıçaqlayıb

09:42 - 28 Yanvar 2020 - HADİSƏ

Bakıda iki nəfər bıçaqlanıb.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində M.Nərimanov küçəsi 20/56 ünvanında qeydə alınıb.

Həmin ünvanda 1990-cı il təvəllüdlü Cavidan Həsənov tanışları, 1984-cü il təvəllüdlü Gündüz Cəfərovu və 1988-ci il təvəllüdlü Tural Cəfərovu bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində C.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti