Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub

09:06 - 28 Yanvar 2020 - HADİSƏ

Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub. Hadisə paytaxtın Nərimanov rayonu,  Böyük Şor Daş Karxanası 42/1 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayə qalan, Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü Faiq Quliyev mənzilin hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. /Apa

Xəbər xətti