Gəncədə iki qardaş bir-birini bıçaqladı

08:37 - 28 Yanvar 2020 - HADİSƏ

Gəncədə bıçaqlanma olub. APA-nın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüldü Osmanlı Fərid Firuz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəya lazımi tibbi yardım göstərilib. 20 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, bıçaqlanan şəxs yaşadğı evdə qardaşı - 1992 il təvəllüdlü Osmanlı Ceyhun Firuz oğlu ilə dava edib. Hadisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı C.Osmanlı da xəsarət alıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti