Türkiyədə zəlzələ olub

23:43 - 27 Yanvar 2020 - Xəbər

Türkiyənin Elazığ vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələlərin yerli vaxtla saat 19:12-də Sivricə bölgəsində baş verdiyi bildirilib. Yeraltı təkanların ocağı 12 kilometrə yaxın dərinlikdə yerləşib. Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.

Xəbər xətti