BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb

18:15 - 27 Yanvar 2020 - Xəbər

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

Öz ərizəsi ilə vəzifəsindən azad edilən universitetin Elm və innovasiyalar üzrə keçmiş prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.

Bundan başqa, BDU-nun Ümumi məsələlər üzrə prorektor vəzifəsinə Mahir Hüseynov təyin edilib.

Biologiya fakültəsinin dekanı vəzifəsinin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədova həvalə edilib.

Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb./report

 

Xəbər xətti