DİN İsmayıllıda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yaydı

15:35 - 27 Yanvar 2020 - Xəbər

Daxili İşlər Nazirliyi dünən Muğanlı-İsmayıllı-Şəki yolunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.

Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölmüş, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, Aysu orada ölüb.
Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılmışdır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti