Bakıda oğurlanan avtomobil Göyçayda tapılıb

13:11 - 27 Yanvar 2020 - HADİSƏ

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu yanvarın 25-də “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti