Ağsu sakinləri üçün ödənişsiz tibbi aksiya təşkil edildi

13:03 - 27 Yanvar 2020 - Xəbər

Klinikadan təqdirəlayiq addım!

Bir müddət öncə Bakıda fəaliyyətə başlayan "AZE Medical Center" klinikası peşəkar həkimləri ilə formalaşan komandayla bölgələrdə ödənişsiz tibbi aksiyalar təşkil edəcəyi ilə bağlı anons vermişdi. Klinika rəhbərliyindən gələn bu təklif artıq reallaşıb və ilk ödənişsiz tibbi aksiya uğurla başa çatıb. Klinikadan verilən məlumata görə, “AZE Medical Center” bölgələrdə başladığı ödənişsiz tibbi aksiyalarına Ağsu rayonu ilə start verib.

Yanvarın 26-da klinika ilk olaraq Ağsu rayonunun Çiyni kəndinin sakinləri üçün xeyriyyə aksiyası keçirib. Xeyriyyə aksiyasında müxtəlif ixtisaslı yerli və xarici həkimlər (pediatr, pulmonoloq, kardioloq, endokrinoloq, ümumi cərrah, damar cərrahı, uroloq-androloq) Ağsunun əksər kəndlərindən və Ağsu şəhərindən müraciət etmiş insanları müayinə ediblər. Həmçinin, aksiyada iştirak edən vətəndaşlara USM və bütün laborotoriya xidmətləri də ödənişsiz həyata keçirilib.

Qeyd edək ki, aksiyadan 200-ə yaxın insan yararlanıb. “AZE Medical Center” bu xeyriyyə aksiyalarını növbəti həftələrdə ölkəmizin digər bölgələrində də davam etdirəcək.


Xəbər xətti