Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

13:26 - 26 Yanvar 2020 - Xəbər

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib. Dağıntılar altında qalan 45 nəfər xilas edilib.

Hazırda dağıntılar altında 14 nəfərin qaldığı ehtimal edilir. Ümumilikdə tibbi yardım üçün 1607 nəfər müraciət edib. Xəstəxanalarda hazırda 104 yaralı var, onlardan 32-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Xəbər xətti