Yelena Sidorenko namizədliyini geri götürdü - Foto

13:03 - 26 Yanvar 2020 - Xəbər

Yelena Eyvazlı (Sidorenko) namizədliyini geri götürməsi barədə sosial şəbəkədə yazıb:

“Əziz dostlar və məni dəstəkləyənlər! Təəssüf hissi ilə bildirmək istəyirəm ki, öz namizədliyimi geri çəkmək məcburiyyətində oldum.

Kimsə məni qınayacaq, kimsə isə anlayacaq. Bildirim ki, bu seçki prosesinə mən və komandam xüsusi ilə hazırlaşdıq. Müasir seçki kampaniyasını nümayış etdirməyə çalışdıq. Rəy və fikirlərə görə, bu bizdə alındı.

Lakin ailəmlə məsləhətləşdik və müəyyən problemləri göz önünə alaraq seçki kampaniyamızı dayandırmağa qərar verdik. Bu günlərdə Lənkəran mənim üçün əsl evə, lənkəranlılar isə ailəmə çevriliblər. Sevinirəm ki, artıq Lənkəranda bir evə deyil, yüzlərlə evə elə öz evim kimi rahat gedə bilərəm. Mən öz gələcək fəaliyyətimdə Lənkəran üçün faydalı olmağa çalışacam. Amma gözlədiyiniz kimi, Sizin millət vəkili kimi deyil.

Arzu edirəm ki, ölkədə aparılan islahatlar icraçılar tərəfindən vicdanla icra ediləcək və Vətənim, Azərbaycanımız inkişaf edəcək”.

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yelena Eyvazlının (Sidorenko) həmin dairədə qeydə alınan namizədlər sırasında adı yerləşdirilməyib.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında tanınmış jurnalistin adı yoxdur. Ötən gündən etibarən isə sosial şəbəkələrdə Yelena Eyvazlının namizədliyini geri götürdüyü barədə məlumatlar paylaşılır.

Məsələ ilə bağlı namizədin özü əlaqə saxlamağa çalışsaq da, dəqiq informasiya ala bilmədik


Xəbər xətti