İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Turist avtobusu qəzaya düşüb, 2 nəfər ölüb, 15-ə yaxın yaralı var- Foto

11:40 - 26 Yanvar 2020 - HADİSƏ

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır./Apa


Xəbər xətti