"Barselona" "Valensiya”ya məğlub olub

21:56 - 25 Yanvar 2020 - İDMAN

"Barselona" futbol komandası İspaniyanın çempionatının 21-ci turunun matçında “Valensiya” ilə qarşılaşıb.

Matç Valensiyanın "Mestalya" stadionunda keçirilib və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 48-ci dəqiqəsində "Barselona" müdafiəçisi Jordi Alba topu öz qapısına vurub. "Valensiya"nın heyətində isə Maksi Qomes fərqlənib. O, 77-ci dəqiqədə komandasının hesabdakı üstünlüyünü artırıb.

Məğlubiyyətə baxmayaraq “Barselona” İspaniya çempionatının turnir cədvəlində liderliyini davam etdirir. Komanda 21 qarşılaşmada 43 xal toplayaraq “Real”ı üstələyib. Bununla yanaşı, Madrid klubunun ehtiyatında daha bir matç da var. “Valensiya” isə 21 matçdan sonra 34 xalla siyahıda 5-ci yerə yüksəlib. /report

Xəbər xətti