Balakəndə FACİƏ: iki azyaşlı qaynar suda yandı

Balakəndə iki azyaşlı qaynar suda yanıb.

Yanvarın 24-ü axşam saatlarında rayonun Meşəşanbul kənd sakini, 2017-ci il təvəllüdlü Fatimə Sədrəddin qızı Koxayeva və Püştətala kənd sakini, 2017-ci il təvəllüdlü Şamil Musa oğlu Dikanayev yanıq xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı hər iki azyaşlının öz yaşadıqları ünvanda qaynaq su olan qazana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub. F. Koxayevaya 1-2 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Ş. Dikanayev isə 2-3 A dərəcəli termiki yanıq xəsarəti diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alır.
Faktla bağlı araşdırma aparılır./Apa

Tarix
25 Yanvar 2020 [16:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-25 16:16:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin