İsmayıllıda evdən oğurluq edən şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini evindən özünün olmadığı müddətdə oğurluq olması barədə məlumat verib.

Məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən mirvari boyunbağının, qol saatının və digər əşyaların oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsi və Kriminalistik Tədqiqatlar İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər də oğurluğa görə məhkum olunmuş rayon sakini Samir Əsədli olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq Bölməsində S.Əsədli barəsində cinayət işi başlanılıb, istintaq aparılır./trend

 

Tarix
25 Yanvar 2020 [13:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-25 13:40:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin