Xırdalanda yol qəzasında xəsarət alan şagirdlər özəl klinikaya köçürüldü

13:54 - 24 Yanvar 2020 - Xəbər

Təhsil Nazirliyinin nümayəndələri avtomobilin vurması nəticəsində ağır xəsarət alan şagirdlərə baş çəkib.

Trend-in məlumatına görə, məktəbə gedərkən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb: "Hazırda şagirdlər müalicələrini Bakı City Hospitalda davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".

Xəbər xətti