Bakıya qısamüddətli sulu qar yağacaq

12:42 - 24 Yanvar 2020 - Xəbər

Bakıda axşam saatlarında sulu qar yağsa da qısamüddətli olacaq.

Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, yağıntıya baxmayaraq Bakıda qar örtüyü əmələ gəlməyəcək:

"Quba, Xaçmaz, Lənkəran, Lerik, Zaqatala, Balakən, Naxçıvanda və digər dağlıq ərazidə qar örtüyü yaranacaq. Amma qar örtüyü uzunmüddətli olmayacaq. Bu il qış daha mülayım keçir. Yağıntı miqdarı da azdır"./trend

Xəbər xətti