Qarabağda erməni əsgərlər arasında atışma - Yaralılar var

10:59 - 24 Yanvar 2020 - Xəbər

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi hissələrin birində silahlı insident baş verib.

“Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, hadisə 24 yanvar saat 06:55-də qeydə alınıb. İnsident nəticəsində Henri-Hayk Zakaryan (2001-ci il) və Armen Mesropyan (2000-ci il) yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti